Hadisə

Dünyanın ən yaşlı kişisi öldü

114 yaşlı kişi Amerikada vəfat edib

· Xəbərçi
Dünyanın ən yaşlı kişisi öldü
Dünyanın ən qoca kişisi öldü. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı Valter Breyninq ötən gün 114 yaşında dünyasını dəyişib. O, bu il rəsmi olaraq planetin ən yaşlı kişisi kimi Ginnesin Rekordlar kitabına adını yazdırmışdı.

Qeyd edək ki, Breyninq 1896-cı il sentyabrın 21-də anadan olub. O, ömrünün 50 ilindən artığını dəmiryolunda işləyərək keçirib. Uzun illər isə qocalar evində yaşayıb.

İndi dünyanın ən yaşlı kişisi ABŞ-ın Corciya ştatının sakini olan Bess Kuper hesab ediləcək. Belə ki, o, mərhumdan 26 gün kiçikdir.

Şərhlər