Hadisə

Dünyada növbəti kater qəzası: azı 50 ölü

Mülki müdafiə dəstələri isə digər sərnişinləri sudan çıxarmaq üçün dənizin sakitləşməsini gözləyir

· Xəbərçi
Dünyada növbəti kater qəzası: azı 50 ölü
Afrikada Madaqaskar adası ilə Mozambik arasındakı Komor (Comores) adalarında sərnişin gəmisi qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 50 nəfər boğulub. Qeyd edək ki, 100-dən çox sərnişinin olduğu gəmi mühərrikin sıradan çıxması nəticəsində sahilin 3 km yaxınlığında qayalara çırpılaraq batıb.

Mülki müdafiə dəstələri isə digər sərnişinləri sudan çıxarmaq üçün dənizin sakitləşməsini gözləyir.

Xatırladaq ki, bu il iyulun 10-da Volqa çayında sərnişin gəmisinin batması nəticəsində ən azı 110 nəfər, iyulun 30-da isə Moskkva çayında katerin batması nəticəsində azı 7 nəfər ölmüşdü.

Şərhlər