Dünya liderləri Üsama bin Ladenin öldürülməsinə münasibət bildirdi
02 May 2011 Bazar Ertəsi 12:39
Devid Kameron: "Pakistanda Üsəma Bin Ladenin öldürülməsi bütün dünyaya böyük rahatlıq gətirəcək".
"Pakistanda Üsəma Bin Ladenin öldürülməsi bütün dünyaya böyük rahatlıq gətirəcək". Bunu Böyük Britaniyanın baş naziri Devid Kameron bəyan edib.
"Onun tapılması və bütün dünyada artıq öz terrorçu fəaliyyətini həyata keçirə bilməyəcəyi böyük uğurdur" - Kameron belə deyib. Baş nazirin sözlərinə görə, Bin Ladenin qurbanlarını yada salmaq və bəşəriyyəti terrordan qoruyanlara təşəkkür etmək vaxtı gəlib çatıb.
İsrailin baş naziri Benyamin Netanyahu da Amerika Birləşmiş Ştatlarını Usama Bin Ladenin öldürüldüyü uğurlu əməliyyatla əlaqədar təbrik edib. "Bu - ədalət, azadlıq və çiyin-çiyinə terrorla mübarizə aparan bütün demoktratik xalqları birləşdirən dəyərlərin qələbəsidir" - Benyamin Netanyahu belə deyib.
Amerika xüsusi xidmət orqanları Pakistanda xüsusi əməliyyat zamanı "Əl-Qaidə" lideri Üsəma Bin Ladenlə yanaşı, onun oğlunun da öldürüldüyü barədə məlumat yayıb. Rəsmi məlumatlara görə, daha 2 nəfər də əməliyyat zamanı zərərsizləşdirilib.
Türkiyə prezidenti Abdullah Gül bu xəbəri böyük məmnuniyyətlə qarşıladığını bildirib. "Bu hər kəsə ibrət nümunəsi olmalıdır", deyə Gül qeyd edib.
DOSTLARINLA PAYLAŞ: