Dünən Bakıda avtomobil oğurluğu edilib
15 Aprel 2009 Çərşənbə 11:30
25 yaşlı Fərhad Əliyev “İveko” markalı avtomobili evinin yaxınlığından qaçırıb

Dünən səhər saatlarında Bakının Binəqədi rayonunda avtomobil oğurluğu edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 14-də saat 08:00 radələrində S.Bəhlulzadə küçəsində yaşayan 25 yaşlı Fərhad Əliyev 55 yaşlı Qədir Həsənova məxsus «İveko» markalı, 10-TJ-881 dövlət nömrə nişanlı avtomobili evinin yaxınlığından qaçırıb. Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nətijəsində F. Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar