Dövlət qulluqçusunu qətlə yetirən qatillər yaxalanıb
04 Avqust 2011 Cümə Axşamı 11:54
Qətlin tamah məqsədilə törədildiyi məlum olub
Ötən gün Xaçmaz rayonu ərazisində yol kənarında meyiti tapılan gəncin qatilləri yaxalanıb. Xaçmaz rayon polis şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin ANS PRESS-ə verdiyi məlumata görə, Dövlət Əmlak Reystri Xidmətinin Xaçmaz şöbəsində çalışan Cümşüd Xudaverdiyev 2 qardaş tərəfindən tamah məqsədilə öldürülüb.

Məlumata görə, Cümşüd Xudaverdiyevi 7 bıçaq zərbəsilə amansızcasına qətlə yetirənlər Qəbələ rayon sakinləri 25 yaşlı Orxan və 23 yaşlı Sərxan Fərzəliyev qardaşları olub. Onlar Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

“Cümşüd Xudaverdiyev Nabranda istirahət mərkəzlərinin birində olarkən qardaşlarla təsadüfən tanış olub. Qardaşların onun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilindən xoşları gəlib. Qardaşlar Cümşüdlə birlikdə Tel kəndi ərazindən keçərkən onu öldürüb, meyidi yol kənarına ataraq qaçıblar”, - deyə şöbə rəisi bildirib.

Xatırladaq ki, 30 yaşlı Cümşüd Xudaverdiyevin meyiti avqustun 2-də saat 20:00 radələrində Tel kəndi ərazisində yolun kənarında aşkarlanıb. Meyitin üzərində kəsici-deşici alətlə yetirlimiş çoxsaylı xəsarətlər olub.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar