Hadisə

Dörd ailə üzvünü qətlə yetirən şəxs həbsxanada intihar edib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xəzər rayon Prokurorluğundan bildirilib.

· Xəbərçi
Dörd ailə üzvünü qətlə yetirən şəxs həbsxanada intihar edib


Hadisə ötən gün qeydə alınıb. Təcridxanada saxlanılan Rövşən Mehrəliyev özünü asaraq öldürüb. Hadisədən dərhal sonra əraziyə əməliyyat qrupu gəlib. İntiharın səbəbləri araşdırılır.

Xəzər Rayon Prokurorluğundan bildirilib ki, özünə qəsd edən R. Mehrəliyev dörd ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinirmiş.

Qeyd edək ki, bu il yanvarın 11-də saat 04:00 radələrində Bakının Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 72, mənzil 34 ünvanında dəhşətli ailə faciəsi baş verib. Həmin ünvanda yaşayan Rövşən Mehrəliyev 61 yaşlı anası Elmira Mehrəliyevanı, 33 yaşlı arvadı Lalə Mehrəliyeva, 7 yaşlı qızı Səidə və 5 yaşlı oğlu İlhamı bıçaqla qətlə yetirib. Rövşən Mehrəliyev daha sonra özünə də bıçaqla xəsarət yetirib.

Şərhlər