Donuzla insanı ayıra bilməyən ovçu
24 Fevral 2010 Çərşənbə 16:30
“Qazprom” əməkdaşı ov zamanı həmkarını öldürüb
“Qazprom” ASC-nin regionlararası həmkarlar təşkilatının sədri Vladimir Babkin Permdə ov zamanı “Nadım-Qazprom hasilat” şirkətinin baş direktor müavini Konstantin Pavlovu güllələyib.

“Transqaz” şirkətinin direktorunun Permdəki ovçuluq təsərrüfatında təşkil etmək istədiyi ov mövsümü faciə ilə nəticələnib. Meşə sahəsində qaban ovu üçün “Qazprom”un törəmə müəssisələrinin sadə əməkdaşları ilə yanaşı qurumun rəhbərləri də dəvət olunubmuş.

Ov zamanı kolların arxasından səs eşidən Babkinin karabindən açdığı atəş onun həmkarını yaralayıb. Qarnından güllə yarası alan Konstantin Pavlov rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquqmühafizə orqanlarının apardığı araşdırma nəticəsində ilkin olaraq ov sənədlərinin qaydasında olması müəyyən edilib. Hadisəni törətmiş Babkin isə hələlik azadlıqdadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar