Donuz qripi Avropaya keçib
28 Aprel 2009 Çərşənbə Axşamı 16:30
İspaniyada virus daşıyıcısı olduğu güman edilən 17 nəfər qarantinə alınıb

 

Amerika qitəsində 100-dən çox adamın ölümünə səbəb olan donuz qripi artıq Avropaya da keçib. İspaniyanın səhiyyə naziri  bildirib ki, virus Avropada ilk olaraq İspaniyada qeydə alınıb. CNN Türk-ün məlumatına görə, bu ölkədə virus daşıyıcısı olduğu güman edilən 17 nəfər qarantinə alınıb.

Avropa Birliyi isə xəstəliklə bağlı tədbirlərin görülməsi üçün səhiyyə nazirlərinin toplantısını çağırıb. İspaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, iş və ya çox önəmli bir səbəb olmadan ABŞ-ın Kaliforniya və Texas ştatlarına səyahət etmək məsləhət deyil.
Rusiya isə Meksiya və ABŞ-dan gələn təyyarələrin bu gündən etibarən təhlükəsizlik baxımından yoxlanacağını bildirib.
İngiltərədə isə Meksikadan tətildən qayıdan cütlük xəstəxanaya aparılıb və qarantinə götürülüblər. Avstraliyada Meksikadan qayıdan iki nəfərdə də bu xəstəliyin əlamətləri müşahidə edilib.
Alimlər bu xəstəliyin 1918-ci ildə 50 milyon nəfərin ölümünə səbəb olan İspan qripindən daha da  ağır olacağını bildirirlər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar