Hadisə

Dondurma istehsalçısına qarşı iş qaldırılıb

Fiziki şəxs Müzəffər Poladov 1,6 min manat dəyərində maliyyə sanksiyası tətbiq edilib.

· Xəbərçi
Dondurma istehsalçısına qarşı iş qaldırılıb
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə, dondurma istehsalı ilə məşğul olan fiziki şəxs Müzəffər Poladov barəsində intiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində artıq işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə Müzəffər Poladova 1,6 min manat maliyyə sanksiyası tətbiq edilib. ANSPRESS

Şərhlər