Dominik Stross-Kanın işi üzrə yeni şahid peyda ola bilər
19 May 2011 Cümə Axşamı 17:39
BVF-nun keçmiş rəhbərinə qarşı yeni ittihamlar irəli sürülüb
Beynəlxalq Valyuta Fondunun artıq keçmiş rəhbəri sayılan Dominik Stross-Kanın Nyu York otellərindən birində 32 yaşlı xadiməni zorlamaq cəhdi üzrə mühüm şahid peyda ola bilər. Fransanın Le Fiqaro qəzeti yazır ki, həmin qız otel nömrəsinə daxil olduğu vaxt orada digər bir işçi də olub. Otağın qapısı aralı olub. Xadimə otağı yığışdırmağa başlaya biləcəyini soruşanda orada olan digər işçi bunun mümkün olduğunu deyib və otaqdan çıxıb. Ancaq o, xadiməyə həmin otaqda olan şəxsin duş qəbul etdiyini söyləməyib. Xadimə isə qapını belə döyməyib. Zorakılığa məruz qalan qızın vəkili də israr edir ki, qapının bağlı olmaması onun müdafiəçisinin həqiqətən də otağı yığışdırmağa gəldiyinə sübutdur.
Bu arada Dominik Stross-Kana qarşı yeni ittihamlar irəli sürülüb və bura onun bütün məşhur intriqaları da daxil edilib. O, gənc tələbələrin təqibində, italyan akademikin dul arvadı ilə intriqada, gənc fransız aktrisa ilə özünü qorilla kimi aparmaqda ittiham edilir.
DOSTLARINLA PAYLAŞ: