DİN və Baş Prokurorluq Tərtərdəki hadisə ilə bağlı məlumat yayıb
06 İyul 2010 Çərşənbə Axşamı 20:00
Qarşıdurma səbəblərinin yerində araşdırılması üçün rayona DİN və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət qrup ezam olunub.
Bu gün saat 11.00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş verib. Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidəmtindən ANS PRESS-ə verilən məlumata görə, nəticədə hər iki tərəfdən bədən xəsarəti alan olub, o cümlədən dörd yerli sakin rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib.

Görülmüş operativ tədbirlərlə ictimai qayda bərpa olunub. Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı yüngül xəsarət alıb. Fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Qarşıdurmanın səbəblərinin yerində araşdırılması və gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görülməsi məqsədilə rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar