DİN "Sərhəd-2011" əməliyyatı ilə bağlı məlumat yayıb
21 Sentyabr 2011 Çərşənbə 12:56
Saxlanılanlar var
Daxili İşlər Nazirliyi (DİN) “Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirlərlə bağlı məlumat açıqlayıb. ANS PRESS-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunun Tola kənd sakini, əvvəllər məhkum olunmuş Mərdan Əzəmmədovun evinə baxış zamanı oradan 3 kiloqram 200 qram marixuana, müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 5 ədəd patron və 17 ədəd giliz, habelə, həyatyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 60 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Cari il mayın 20-də Oğuz rayon sakini İlham İsmayılova məxsus mağazadan 200 manat pulu və danışıq kartlarını oğurlamış rayonun Xaçmaz kənd sakini Əliağa Hacıyev tutulub. Sentyabrın 17-də Qusar rayon sakini Faiq Quliyevə məxsus “VAZ-2103” markalı avtomaşını qaçırmış həmyerliləri Zedik Əlixanov və Elşən Mustafayev saxlanılıb.
Rusiya Federasiyası CM-nin 206-cı (girov götürmə) maddəsi ilə axtarışda olan Qax rayon sakini Aslan Aslanov həbs olunub.
“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: