Dəvəçidə oğurluqda təqsirli bilinən yeniyetmələr saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, 16 yaşlı Dəvəçi rayon sakinləri Müşfiq Məmmədov və Muxtar Umudov Elmira Musayevə məxsus evdən oğurluq ediblər.
Dəvəçi rayon Polis Şöbəsinin müstəntiqi Aqil Quliyevin ANS PRESS-ə verdiyi məlumat görə, onlar mənzildən qadın paltarları, boşqab, klarnet və fotoaparat götürüblər.
Müstəntiq yeniyetmələrin dəfələrlə oğurluq hadisəsi üstündə saxlanıldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb.
Aytəkin Alxaslı /ANS PRESS/