Dəvəçi sakinin evinə kran girib
22 İyul 2009 Çərşənbə 10:35
Hadisə nəticəsində evin divarları dağılıb

 

Dəvəçi rayon sakinin evinə qaldırıcı kran girib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün Dağ Bilici kəndində baş verib. Belə ki, beton yolun çəkilişi ilə məşğul olan şirktə məxsus "Kamaz" markalı kran kənd sakin Əzizə Baxşıyevanın evinin divarları dağılıb. Otaqlarda olan əşyalar yarasız vəziyyətə düşüb. Xöşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Kranın sürücüsü Siyəzən rayon sakini Rəşəd  Əliabbas oğlu Həmzəyev isə kranın içərisindən kənd sakinlərinin köməyi ilə çıxarılaraq, Dəvəçi rayon Mərkəzi Xəstəxanasına aparılıb.   

Dəvəçi rayon Polis Bölməsinin İstintaq Bölməsinn rəisi Çingiz Osmanov kranın rayon mərkəzinə gedərkən qəfil yoldan çıxdığını bildirib. Sürücünün ifadələrinə əsasən qəzaya səbəb kranın əyləc sisiteminin nasaz olması olub.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəmaləddin Camayev ANS PRESS-in bölgə müxbirinə açıqlamasında dəyən ziyanın kranın məxsus olduğu şirkət tərəfindən ödəniləcəyəni bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar