Dərbəndin Təhsil Şöbəsi Azərbaycandan kömək istəyir
26 Aprel 2011 Çərşənbə Axşamı 22:21
Mühüddin Qəhramanov: "İstəyirik ki, Azərbaycan dilinin tədrisi saatları çox olsun"
Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin Təhsil Şöbəsi Azərbaycan Təhsil Nazirliyindən kömək istəyib. Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədris saatlarının artırılması və keyfiyyətin yaxşılaşdırılması xahiş olunub. Onlar düşünür ki, Dərbənddə Azərbaycan dilinin tədris saatının artırılması üçün Azərbaycan Təhsil Nazirliyinin köməyi lazımdır.
Əhalisinin 60.000 nəfərini azərbaycanlar təşkil edən Dərbənddə 48 məktəb fəaliyyət göstərir ki, onların da yalnız səkkizində azərbaycanlılar təhsil alır. Amma həmin məktəblərdə də tədris rus dilindədir. Dərbənd rayon Təhsil Şöbəsinin müdiri Mühüddin Qəhramanov məktəblərdə Azərbaycan dilinin tədris saatının az olmasından narahatdır. “Biz istiyirik ki, bizim ana dilində tədris saatları çox olsun. Biz Rusiyada yasayırıq. Amma cox istəyirik ki, Azərbaycan dilinin tədrisi saatları çox olsun”.
Belə ki, Dərbənddə Azərbaycan dili birinci sinifdən 4-cü sinifə kimi həftədə 5 saat, 5-ci sinifdən 9-cu sinifə kimi həftədə 4 saat, 10-11-ci siniflərdə isə həftədə 2 saat tədris olunur. Dərbəndin azərbaycanlıların yaşadığı Cimi kənd orta məktəbində olarkən, Azərbaycan dili və ədəbiyyatı fənninin həftədə 3 saat tədris edilməsini öyrəndik.
Cimi kənd orta məktəbinin tədris hissəsinin müdiri Məhəmməd Zahirbəyovun sözlərinə görə, tədris saatların azlığından yaxşı dərs kecmək olmur. O bildirib ki, müəllim 2 saat ərzində fikrini catdırmaqda cətinlik cəkir.
Dərbənd rayon Təhsil Şöbəsinin müdiri Mühiddin Qəhrəmanov isə hesab edir ki, rayonda Azərbaycan dili dərslərinin keyfiyyətini yaxşılaşdırmaq üçün Azərbaycanın Təhsil Nazirliyinin köməyinə ehtiyac var. Heç olmasa, birinci sinifdən 4-cü sinifə kimi, Azərbaycan dilində dərslər keçirilsin. M. Qəhrəmanov rayonda Azərbaycan dilini tədris edən ixtisaslı müəllimlərin az olmasını da deyib.
DOSTLARINLA PAYLAŞ: