Xəzər dənizində daha iki balıqçı batıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə bu gün Şabran rayonu ərazisində qeydə alınıb. Dənizdə avarlı qayıqla balıq tutan 2 nəfərin itkin düşməsi barədə FHN-ə məlumat daxil olub. Dərhal nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işləri aparmaq üçün hadisə yerinə cəlb edilib. Hazırda onların axtarışı aparılır.
Qeyd edək ki, bu gün Xəzərin Azərbaycan sektorunda daha 4 nəfər balıqçı batıb. Həyata keçirilən tədbirlər nəticəsində onlardan ikisinin cəsədi tapılıb. Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Dənizdə daha 2 balıqçı batdı
Hadisə Şabran rayonu ərazisində baş verib




Şərhlər