Dəmiryolu stansiyasında zarafat şəkiliyə baha başa gəldi
07 Avqust 2010 Şənbə 13:45
Dostunu yola salan Yusif Əhmədov qışqıraraq Bakı-Horadiz qatarında bomba olduğunu deyib.
Ötən gün Bakı Dəmiryol Stansiyasında qeyri-adi hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki şəhər sakini Yusif Əhmədov ucadan qışqıraraq Bakı-Horadiz qatarın 5-ci vaqonunda partlayıcı qurğu quraşdırdığını bildirib. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən qatarının 5-ci vaqonu yoxlanılıb. Yoxlama zamanı heç bir partlayıcı qurğu və şübhə doğuran əşya aşkar edilməyib.
Dərhal polis tərəfindən yaxalanan Y.Əhmədov izahatında həmin qatarda gedən dostu Cəbrayıl rayon sakini Tural Hüseynovla zarafat etdiyini bildiririb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar