Dəmiryol Vağzalında bomba həyəcanı
19 İyul 2011 Çərşənbə Axşamı 15:44
Vağzalda olan sərnişinlər evakuasiya edilib.
Bakı Dəmiryol Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 14.00 radələrində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edən naməlum şəxs Bakı Dəmiryol Vağzalına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal bu barədə polis məlumatlandırılıb və əraziyə xilasedicilər cəlb edilib. Vağzalda olan sərnişinlər evakuasiya edilib. Həyata keçirilən axtarışlara baxmayaraq, məlumat təsdiqini tapmayıb.
Polisdən, həmçinin bildirilib ki, artıq anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda yalan məlumat verən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: