Hadisə

DəmirBank polisə minnətdarlıq edib

Bankdan saxta sənədlə pul çıxarmağa cəhd edən şəxslər yaxalanıb. DəmirBank polisə minnətdarlıq edib.

· Xəbərçi
DəmirBank polisə minnətdarlıq edib
“DəmirBank”ın “Əməliyyat İdarəsi” filialında 75 min manat məbləğində nəğd pulun fırıldaqçı şəxslər tərəfindən mənimsənilməsinə cəhd edilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fırıldaqçılar bankın kassa məxaric orderini saxtalaşdırmaqla qeyd edilən məbləği əldə etmək istəyib.

Lakin bankın daxili nəzarət sistemlərinin dəqiq fəaliyyəti nəticəsində baş verən fırıldaq hadisəsi aşkarlanaraq dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti nəticəsində fırıldaqçı şəxslər aşkar edilərək yaxalanıb və mümkün maliyyə itkisinin qarşısı alınıb.

“DəmirBank”ın rəhbərliyi hüquq-mühafizə orqanlarına göstərdikləri peşəkarlığa görə minnətdarlığını bildirir. ANSPRESS

Şərhlər