Dəmir yolu stansiyasında qan tökülüb
19 May 2011 Cümə Axşamı 11:43
Yaralı vəziyyəti ağır olduğundan, kim tərəfindən bıçaqlandığını deyə bilməyib
Bakının Xəzər rayonunda dəmir yolu stansiyasında qan tökülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə bu gün saat 09:00 radələrindəm Qala stansiyasının ərazisində baş verib.

Naməlum şəxs 62 yaşlı Baxşəli Rzayevi bıçaqlayıb. Qarın mahiyəsindən bıçaq xəsarətləri alan yaralı hadisə şahidlərini köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. B.Rzayev dərhal əməliyyata götürülüb. Hazırda danışa bilməyən yaralı onu bıçaqlayan şəxsin kimliyini də açıqlamayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar