Hadisə

Dəm qazı daha bir can aldı, 7 nəfəri isə zəhərlədi

Şirvanda bir ailə xəstəxanaya yerləşdirilib.

· Xəbərçi
Dəm qazı daha bir can aldı, 7 nəfəri isə zəhərlədi
Bakının Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, Şirvan şəhər sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.

Sumqayıt şəhər sakini Sənan Abdullayev, Pərvin Dadaşova, Sevinc Ağayeva və Xırdalan şəhər sakini Elnarə Aslanova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Şərhlər