Dəm qazı can almaqda davam edir
17 Noyabr 2011 Cümə Axşamı 13:41
1 nəfər ölüb, 4 nəfər zəhərlənib.
Bakıda dəm qazından daha 1 nəfər ölüb, 2 nəfər zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində yaşayan Sevil Paşayeva evində dəm qazından boğulub. Onun qızı Samirə və qohumu Vahid Haşimov isə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətləri qənaətbəxşdir.

Bundan başqa Sumqayıt şəhərinin Təzə Сorat qəsəbə sakini Sevda Xıdırova evində dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Dəm qazından daha bir zəhərlənmə Kəpəz rayonunda qeydə alınıb. Sadıllı qəsəbəsində yaşayan İlahə Muradova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar