Dəhşətli Mərmərə zəlzələsindən 12 il ötür
17 Avqust 2011 Çərşənbə 05:28
Qeyri-rəsmi rəqəmlərə görə zəlzələdə 50 000 nəfər ölüb
Bu gün Türkiyə Kocaeli vilayətinin Gölcük rayonunda baş vermiş dəhşətli zəlzələdən 12 il ötür. 1999-cu il avqustun 17-də səhər saat 03.02-də baş vermiş 7.4 bal gücündə zəlzələnin təsirləri Mərmərə hövzəsi ilə yanaşı Ankara və İzmir şəhərlərində də hiss edilmişdi.

Rəsmi hesabatlara görə, zəlzələ nəticəsində 17 480 nəfər ölmüş, 23 781 nəfər yaralanmış, 505 nəfər şikəst qalmış, 285 211 evlə 42 902 işyerində dağıntı meydana gəlmişdi

Qeyri-rəsmi rəqəmlərə görə isə, zəlzələdə 50 000 nəfər ölmüş, 100 000 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. Bundan başqa 133 683 binanın uçması nəticəsində 600 000 nəfər evsiz qalmışdı.

Təxminən 16 milyon insana müxtəlif dərəcəli təsiri olan bu zəlzələ Türkiyənin yaxın tarixində baş vermiş ən əhəmiyyətli hadisələrdən biridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar