Hadisə

Dəfn mərasimində partlayış: 18 ölü, 42 yaralı

İraqın Əl-Hillə şəhərində içərisində partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.

· Xəbərçi
Dəfn mərasimində partlayış: 18 ölü, 42 yaralı
İraqın Babil əyalətinin inzibati mərkəzi olan Əl-Hillə şəhərində içərisində partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə azı 18 nəfər ölüb, 42 nəfər xəsarət alıb. İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış dəfn mərasimi zamanı baş verib.

Hələlik terror aktı ilə bağlı məsuliyyəti İraqda fəaliyyət göstərən heç bir silahlı qruplaşma üzərinə götürməyib. ANSPRESS

Şərhlər