Hadisə

Davudoğlu əzilmə təhlükəsi keçirdi

Nazirin iştirak etdiyi mitinqdə olan insanlar onu çiyinləri üstünə qaldırmaq istəyiblər

· Xəbərçi
Davudoğlu əzilmə təhlükəsi keçirdi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu əzilmək təhlükəsi ilə üzləşib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir mitinqdə iştirak etmək üçün getdiyi Konya şəhərində təhlükə ilə üzləşib. Seçkiqabağı xalqla görüşən Əhməd Davudoğlu Konyanın bütün küçələrini bir-bir gəzəcəyini deyib. Əvvəlcə o, avtobusun üzərindən xalqa müraciət edib. Çıxışının ardından avtobusdan enən naziri insanlar çiyinlərinə qaldırmaq istəyiblər. Vəziyyətə müdaxilə edən Ə. Davudoğlunun cangüdənləri onu kütlənin arasından çıxarıblar.

Şərhlər