Hadisə

Daş karxanasında ölüm

Yardımlı sakinini cərəyan vurub

· Xəbərçi
Daş karxanasında ölüm
Bakıda yerləşən daş karxanasında ölüm hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 33 yaşlı Yardımlı rayon Bülzünbül kənd sakini Cavadov Zöhrəli Əlizadə oğlu Güzdək qəsəbəsi ərazisindəki mişar daşı karxanasında yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

O, 380 voltluq elektrik naqilini təmir edərkən bədbəxt hadisə ilə üzləşib.

Faktla bağlı Prokurorluqda araşdırma aparılır.

Şərhlər