Dairəvi yolda ağır qəza baş verib
17 Avqust 2011 Çərşənbə 00:50
Piyadanı vuran “VAZ 2107” daha sonra “Mitsubişi” ilə toqquşub
Ötən gün axşam saat 18.00 radələrində paytaxtın Yasamal rayonu ərazisində - Bakı dairəvi yolunda ağır yol qəzası baş verib. 21 yaşlı Astara rayon sakini Rəhimov Qafar Kərim oğlu idarə etdiyi “VAZ 2107” makralı avtomaşınla piyada Ofelya Triqulovanı vurub. Zərərçəkmişi ağər yaralayan “VAZ 2107” markalı avtomobil daha sonra əks istiqamətdə hərəkət edən “Mitsubişi” markalı maşınla toqquşub.

Qeyd edək ki, zərbədən sonra “VAZ 2107”-nin sürücüsü Qafar Rəhimov və maşında olan sərnişin yüngül xəsarət alıb. “Mitsubişi” markalı maşının sürücüsü 57 yaşlı Məmmədov Rüstəm Qəmbər oğlu isə qəzadan xəsarətsiz ötüşüb.

Piyada Olfiyə Triqulovanın xəsarətləri isə həddindən artıq ağır olduğundan onu yalnız təcili yardım briqadası gələndən sonra xəstəxanya aparmaq mümkün oldu. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralı Triqulova 1 saylı şəhər xəstəxanasına çatdırıldı. Lakin həkimlərin yardımına baxmayaraq Olfiyə Triqulova xəstaxanada keçinib.

Faktı Yasamal rayon polis idarəsinin istintaq şöbəsi araşdırır. Müstəntiq Cavid Məmmədov bildirdi ki, yol qəzasına hüquqi qiymət istintaqın sonunda veriləcək. Artıq “VAZ 2107” markalı avtomaşının sürücüsü Qafar Rəhimov məsuliyyətə cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar