Hadisə

Dağıstanda vəhabilik tərəfdarları və əleyhdarları arasında dava

Təxminən 150 nəfərin iştirak etdiyi qarşıdurmada xəsarət alan var

· Xəbərçi
Dağıstanda vəhabilik tərəfdarları və əleyhdarları arasında dava
Dağıstanın Yujno-Suxomsk şəhərində vəhabiliyin tərəfdarları və əleyhdarları arasında dava düşüb. Hüquq-mühafizə orqanlarından “İntefaks”a verilən məlumata görə, qarşıdurmada 150-yə yaxın adam iştirak edib. Tərəflər travmatik silahdan da istifadə ediblər və bir nəfər yaralanıb.

Şəhərə Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) hissələri və diər milis qüvvələri cəlb edilib.

Şərhlər