Hadisə

Dağıstanda terrorçu lider arvadı ilə birlikdə öldürülüb

Muhuçev polis mühasirəsini yararaq qaçmaq istəsə də buna müvəffəq olmayıb

· Xəbərçi
Dağıstanda terrorçu lider arvadı ilə birlikdə öldürülüb
Rusiya Milli Antiterror komitəsinin yaydığı məlumata görə, Dağıstanda Xasavyurt terror qruplaşmasının başçısı “Əbu Ömər” ləqəbli İbrahim Muhuçev zərərsizləşdirilib. Komitənin rəsmi nümayəndəsi Nikolyay Sinsovun sözlərinə görə, Xasavyurtun Qroznensk mikrorayonunda hüquq mühafizə orqanları Muhuçevin olduğu evi mühasirəyə alıb. Qruplaşma başçısı təslim olmayaraq polisin mühasirəsini yarmaq istərkən isə qarşı tərəfin açdığı atəş nəticəsində ölüb. Əməliyyat vaxtı Muhuçevlə mülki nikahda olan arvadı da öldürülüb.

Şərhlər