Dağıstanda silahlılar sərhəd zastavasına hücum etdilər
09 Sentyabr 2011 Cümə 00:18
Atışma dayansa da, hazırda zastavanın ərazisində yanğın başlayıb
Dağıstanın Suntinsk rayonunda naməlum silahlılar sərhəd zastavasına hücum ediblər. “İnterfaks” agentliyinin məlumatına görə, hücum dəf edilərkən iki sərhədçi yaralanıb.

Silahlılar zastava inasına bir neçə istiqamətdən atəş açıblar. Hazırda atışma dayansa da, hazırda zastavanın ərazisində yanğın baş verib. Sərhədçilə yanğının qarşısını almağa çalışırlar.

Zastavaya yeni hücumun mümkünlüyü ilə bağlı xəbərlarlıqlarla əlaqədar yaxın saatlarda əraziyə əlavə qüvvələrin gətiriləcəyi gözlənilir. Hazırda ərazi yoxlanılır və silahlıların zastavaya gedən yollara partlayıcı qurğu qoyub-qoymadıqları araşdırılır.

İTAR-TASS-ın məlumatına görə, Federal Təhlükəsizlik Bürosunun sərhəd xastavası Xupri yaşayış məntəqəsinin yaxınlığında yerləşir. Zastavaya hücum yerli vaxtla saat 22 radələrində (Bakı vaxtı ilə saat 23 radələrində) başlayıb və atışma 10 dəqiqəyə yaxın davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar