Dağıstanda partlayış və atışma baş verib
28 Aprel 2011 Cümə Axşamı 01:36
Hadisə nəticəsində bir polis əməkdaşı ölüb
Ötən axşam Dağıstanın paytaxtı Mahaçqaladakı “İlxan” ticarət evinin qarşısında partlayış baş verib. Dağıstanın Daxili İşlər Nazirliyindən “İnterfaks”a verilən məlumata görə, hadisə təxminən saat 21.20-də (Bakı vaxtı ilə 22.20) qeydə alınıb. Nazirlikdən bildirilib ki, ilkin məlumatlara görə, partlayış nəticəsində xəsarət alan olmayıb.
Ötən gün Dağıstanın Sumadinsk rayonunda güc strukturlarının hissələri ilə silahlılar arasında atışma da baş verib. İlkin məlumatlara görə, bir polis əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri Kvanada yaşayış məntəqəsinin ətrafında kəşfiyyat-axtarış tədbirləri keçirərkən, silahlı dəstə ilə rastlaşıblar. Nəticədə tərəflər arasında atışma baş verib.
DOSTLARINLA PAYLAŞ: