Dağıstanın Sumadinsk rayonunda naməlum silahlı dəstə Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının operativ döyüş tapşırığını yerinə yetirən bölməsini atəşə tutub. Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən “İnterfaks”a verilən məlumata görə, silahlılar avtomat və pulemyotlardan istifadə ediblər. Gülləbaran nəticəmində Daxili Qoşunların mayoru həlak olub.
Silahlılar meşə massivində gizləniblər. Hazırda əraziyə Daxili Qoşunlar, polis qüvvələri və xusisi təyinatlı dəstələr cəlb edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarına hücum edən dəstənin tapılaraq zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.
Dağıstanda Daxili Qoşunların mayoru güllələnib
Hadisəni törədən silahlı dəstənin üzvləri meşədə gizlənir




Şərhlər