Dağıstanda anti-terror əməliyyatı rejimi tətbiq edilib
11 Aprel 2011 Bazar Ertəsi 15:37
Döyüşçülərlə atışmada hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb
Dağıstanın Çuntinsk rayonunda yerli vaxtla saat 12-dən etibarən anti-terror əməliyyatı rejimi tətbiq edilib. Respublikanın Milli Anti-terror Komitəsinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Anti-terror əməliyyatı rejimi rayonun Qenux, Kidero, Zexida, Elbok kəndlərində tətbuq edilib. Buna səbəb isə Rusiya daxili işlər nazirliyinin bu gün səhər saatlarında Kidero kəndinin dağlıq-meşə ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirən əməkdaşlarının silahlı hücuma məruz qalması olub. Nəticədə 3 hüquq mühafizəçisi ölüb, 6-sı isə yaralanıb.

İlkin məlumatlara görə, cavab atəşi ilə 2 döyüşçü zərərsizləşdirilib, 1-i isə yaralanaraq qaçmağa müvəffəq olub. Hazırda digər döyüşçülərin axtarışı davam etdirilir, zərərsizləşdirilənlərin isə şəxsiyyəti müəyyənləşdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar