Hadisə

Dağıstanda 1 jurnalist, 1 milis və 8 terrorçu öldürülüb

Zərərsizləşdirilən silahlıran şəxsiyyəti müəyyənləşdirilir

· Xəbərçi
Dağıstanda 1 jurnalist, 1 milis və 8 terrorçu öldürülüb
Dağıstan hüquq mühafizə orqanları əməkdaşlarının Kizlyar rayonu meşə massivində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində 8 silahlı öldürülüb. Məlumatı Rusiya Milli antiterror komitəsi yayıb. Komitənin məlumatına görə, silahların saxlandığı yerdə 3 istehkam aşkar edilib. Həmin istehkamlarda döyüş sursatı, partlayıcı qurğular üçün komponentlər, ərzaq və məişət əşyaları saxlanılırmış. Zərərsizləşdirilən silahlıran şəxsiyyəti müəyyənləşdirilir. Əməliyyat zamanı həmçinin güc strukturlarının bir hərbçisi ölüb, daha 3 xüsusi təyinatlı isə xəsarət alıb. Mahaçkalada isə əməliyyat zamanı “İstina” adlı avar qəzetinin redaktoru və bir milis əməkdaşı öldürülüb.

Şərhlər