Dağıntı altından uşaq çıxarıldı
08 Sentyabr 2014 Bazar Ertəsi 11:52
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından qalan 8 yaşlı uşaq xilas olunub.
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından qalan 8 yaşlı uşaq xilas olunub.

ANS TV-nin hadisə yerində olan müxbiri Sərxan Kamallının ANS PRESS-ə verdiyi məlumata görə, partlayış nəticəsində dağıntılar altında qalan Ayxan adlı uşağı yaralı halda xəstəxanaya aparıblar.

Bundan başqa, xilas edilənlərdən 1972-ci il təvəllüdlü Mətanət Elbrus qızı İsmayılova, 2007-ci il təvəllüdlü Bəkir Vidadi oğlu İsmayılov, 1999-cu il təvəllüdlü Aygül Vidadi qızı İsmayılova və 2010-cu il təvəllüdlü Aytac Gülbala qızı Abdullayeva xəstəxanaya yerləşdirilib.

“Hələ də dağıntılar altında bir neçə insanın qaldığı ehtimal olunur. Binanın 2 və 3-cü mərtəbələri dağılaraq birinci mərtəbənin üstünə tökülüb. Orada qalanlar hazırda xilas olunmağa çalışılır”, - deyə Sərxan Kamallı bildirib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.

Partlayış nəticəsində yaralananlardan 5 nəfər Kliniki Tibbi Mrəkəzə yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin yüngül olduğu üçün ambulator müalicəyə buraxıldığı deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar