Dağıdıcı zəlzələdən ölənlərin sayı 92 nəfərə çatıb
24 Fevral 2011 Cümə Axşamı 09:36
Yeni Zelandiya hakimiyyəti ölənlərin sayının artacağını ehtimal edir
Yeni Zelandiyanın Kraystçörç şəhərində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Sky News” xəbər yayıb.

Məlumatda qeyd olunur ki, dağıntıların sökülməsi işləri davam etdiyindən ölənlərin sayının artacağı gözlənilir.

Kraystçörç şəhərinin meri Bob Parkerin məlumatına görə, ölənlərdən 55-nin şəxsiyyəti artıq müəyyənləşib, daha 300 nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur.

Yeni Zelandiyanın baş naziri ölkədə fövqəladə vəziyyət elan edib. Zəlzələ zamanı ölkənin ikinci böyük şəhəri olan Kraystçörçdə elektrik enerjisi və su təchizatı tam pozulub, nəqliyyat sistemi iflic vəziyyətə düşüb.

Qeyd edək ki, fevralın 22-də Yeni Zelandiyada 6.3 bal gücündə zəlzələ baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar