Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında Mərdəkan yolunda baş verib.
90-CO-711 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı avtomobillə hərəkət edən 26 yaşlı Bakı şəhər sakini Ziyad İslam oğlu Yusubov yolu keçmək istəyən iki piyadanı vurub.
56 yaşlı Mehriban Səfa qızı Tağıyeva və onun 12 yaşlı nəvəsi Sevgi Müşfiq qızı Bəşirova ciddi bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına aparılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Daewoo iki piyadanı vurdu: nənə və nəvə öldü
Daewoo iki piyadanı vurdu: nənə və nəvə öldü. Hadisə dünən axşam saatlarında Mərdəkan yolunda baş verib.




Şərhlər