Hadisə

Connect şirkətinin ofisinə basqın olub

Naməlum şəxslər Connect şirkətinin seyfində olan 15 min manat pulu götürüb.

· Xəbərçi
Connect şirkətinin ofisinə basqın olub
“Connect” şirkətinin Bakının Xətai rayonu, Xudu Məmmədov, 29 ünvanında yerləşən ofisinə basqın olub. Ötən gecə saat 04.00 radələrində naməlum şəxslər ofisə soxularaq, əvvəlcə mühafizəçi Rufiz Axundzadənin əl-qolunu bağlayıblar, sonra isə seyfdə olan 15 min manata qədər pulu götürüb oranı tərk ediblər.

İşi araşdıran Xətai rayon Polis İdarəsinin müstəntiqi Vüsal Şahbazovun ANS-ə verdiyi məlumata görə, basqın edənlər 3 nəfər olub və üzləri açıq olduğundan zərərçəkmiş onları görüb. Amma hələlik həmin şəxsləri saxlamaq mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Quldurluğu törədən şəxslərin məsuliyyətə cəlb ediliməsi istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Şərhlər