Çoban əmanətə xəyanət etdi
12 Yanvar 2010 Çərşənbə Axşamı 23:40
Siyəzəndə ötən il baş verən cinayət hadisəsinin üstü açılıb
Siyəzən rayon Polis Şöbəsi ötən il baş verən cinayət hadisəsinin üstünü açıb. Söhbət Siyəzən rayonunun Beşdam kəndi sakininin şəxsi təsərrüfatından bir baş malın (inək) oğurlanmasından gedir. Bununla əlaqədar Siyəzən sakini Xəlil İbrahimov yanvarın 10-da polisə müraciət edib. Siyəzən rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Yaşar Ağasıyev ANS PRESS-ə bildirib ki, hadisə ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ziyan verənin Xəlil İbrahimova yaxın adamın olduğu, daha doğrusu onun çobanı olduğu müəyyən edilib.
Məlum olub ki, Bərdə şəhəri Füzuli küçəsi 27-də qeydiyyatda olan və Siyəzəndə müvəqqəti yaşayan 50 yaşlı Mahir Mirzə oğlu Rzayevin oğurladığı malı Oqtay Tağıyevə 195 manata satıb. Lakin Mahir Rzayev özünü təqsirli saymadığını bildirib.
Siyəzən rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Yaşar Ağasıyev söyləyib ki, Mahir Rzayev barəsində törətdiyi əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: