
Sahildə yığılıb qalan zibillik ekoloji baxımdan təhlükə mənbəyi olmaqla yanaşı, həm də utancverici bir haldır. Xüsusilə xarici turistlərin Bakıya marağının artdığı bir vaxtda... “Eurovision-2011” müsabiqəsinin Bakıda keçiriləcəyini nəzərə alsaq, belə hallar yolverilməzdir.

Əlbəttə, Xəzərin suyunun çirkləndirilməsinda vətəndaşların da günahı az deyil. Baxmayaraq ki, Dənizkənarı Milli Parkda zibil yeşiklərinin sayı kifayət qədərdir, amma, hələ də zibillərini dənizə atan insanlar var. Dənizə fikir versək görərik ki, suya atılan zibillərin içində ən çox butulka var. Bu da, həmin insanların nə qədər mədəniyyət sahibi olduğunu göstərir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov da ANS PRESS-ə açıqlamasında Xəzərin suyunun çirklənməsində sakinlərin rolunun çox olduğunu deyir.

“Bakı buxtasını təmizləyən gəmi hər gün fasiləsiz işləyir. . Bununla yanaşı, insanlar da dəniz suyunu sürətlə çirkləndirməkdə davam edirlər”.

Xatırladaq ki, hələ ötən il, ölkə prezidenti İlham Əliyev bu məsələyə toxunmuşdu. “Biz Bakı bulvarını genişləndirdik. Bulvarı dənizə lap yaxınlaşdırdıq. Bu gün Bakı sakinləri və şəhərimizin qonaqları dənizə tam yaxın olan yerlərdə gəzintiyə çıxırlar. Belə olan halda əlbəttə ki, buxtanın suyu təmiz olmalıdır”.

Sonda ümid edirik ki, xalqımızın milli sərvətinə nəhayət münasibət dəyişəcək. Yoxsa, həmişə bəxtimizə çirkli sahillərdə dolaşmaq düşəcək...




Şərhlər