Hadisə

Çində kimya zavodunda partlayış: 9 ölü

Yanğınsöndürənlər partlayışdan sonra baş verən yanğının qarşısını bir neçə saatdan sonra ala biliblər

· Xəbərçi
Çində kimya zavodunda partlayış: 9 ölü
Çinin şimal-qərbində yerləşən kimya kombinatında partlayış baş verib. “Sinhua” agentliyinin məlumatına görə, hadisə nəticəsində azı 9 nəfər həlak olub.

Partlayış, ardınca isə yanğın yerli vaxtla saat 22.10-da qeydə alınıb. Yanğınsöndürənlər alovun qarşısını bir neçə saatdan sonra ala biliblər.

Yerli hökumətin məlumatına görə, partlayış anında binada 14 nəfər olub və onlardan 5-i kombinatı tərk edə biliblər. İçəridə qalanların hamısı həlak olub.

İnsidentin səbəbləri hələ məlum deyil. Partlayış nəticəsində atmosferə zərərli kimyəvi maddələrin yayıla biləcəyinin mümkün olub-olmaması barədə də heç bir məlumat verilməyib.

Şərhlər