Çində daşqınlar: 14 nəfər ölüb, 11 adam itkin düşüb
20 Sentyabr 2011 Çərşənbə Axşamı 03:05
Təbii fəlakətin maddi zərəri 1 milyard dollara yaxınlaşır
Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən daşqınlar nəticəsində 14 nəfər ölüb, 11 adam itkin düşüb. “Sinhua” agentliyinin məlumatına görə, ümumilikdə təbii fəlakətdən 3 milyondan çox adam zərər çəkib.

31 min evi su basıb, 16 min hektardan artıq əkin sahəsini sel yuyub. Əyalətin iqtisadiyyatına dəyən ziyan 6 milyard yuan (937,5 milyon dollar) təşkil edir.

Sıçuan əyalətində daşqınlara səbəb olan leysan yağışları ötən həftənin cümə günündən davam edir. Baçjun, Daçjun və Quanyan şəhərlərindən milyondan artıq adam evakuasiya edilib. Ekspertlərin fikrincə, Sıçuandakı daşqınlar 1847-ci ildən bu yana ən güclü təbii fəalkətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar