Hadisə

Çində baş vermiş ağır yol qəzası nəticəsində 16 nəfər ölüb

Qəzaya səbəb kimi avtomobilə həddindən çox sərnişin mindirilməsi göstərilir.

· Xəbərçi
Çində baş vermiş ağır yol qəzası nəticəsində 16 nəfər ölüb
Çinin Henan əyalətinin Pinqdinqşan şəhərində baş vermiş ağır yol nəqliyyat qəzası 16 nəfərin ölümü, 25 nəfərin isə yaralanması ilə nəticlənib. Çinin rəsmi “Cinxua” agentliyi qəzanın avtomobilə həddindən çox sərnişin mindirilməsi nəticəsində baş verdiyini bildirib. Məlumata görə yaralılardan 6 nəfərin vəziyyəti ağır olduğu üçün ölü sayının çoxalacağı istisna edilmir. ANSPRESS

Şərhlər