Çilidə 14 il ərzində qızına təcavüz etdiyi və qızından 4 uşağı olduği iddia edilən daha bir ata həbs edilib. CNN Türk-ün məlumatına görə, 48 yaşlı Manuel Xesus Bartierra qızı Viviananın (26 yaş) polisə şikayətindən sonra saxlanılıb.
Viviana 12 yaşından bəri atasının ona təcavüz etdiyini və atasından 4 uşaq dünyaya gətirdiyini söyləyib. 4,5,7 və 8 yaşlarındakı uşaqların hamısının qız olduğu bildirilir.
Paytaxt Santiaqonun şimalındakı bir qəsəbədə fəhlə işləyən ata haqqında cinayət işinin açılıb-açılmayacağı həftə sonuna qədər bəlli olacaq. Hazırda Viviananın qızlarının da təcavüzə uğrama ehtimalları yoxlanır. Belə ki, Viviana bildirib ki, atasının qızlarına da təcavüz edəcəyindən qorxaraq polisə şikayət edib. Polis M. Bartierranın həyat yoldaşının da hadisədən xəbərdar olub olmamasını araşdırır./ANS PRESS/