"Çernobıl buludu" Fransaya baha başa gəldi?
07 Sentyabr 2011 Çərşənbə 23:58
Şikayətçi tərəfi xeyli sayda insanın xərçəngə yoluxduğunu hesab edir
Dünən Fransada “çernobil buludu” adlandırılan qalmaqallı məhkəmə işi başa çatıb. 10 ilə yaxın davam etmiş məhkəmə prosesində şikayətçi tərəfin iddası doğruldulmayıb.

İddiaya əsasən, adıçəkilən qəzadan sonra qatı radioaktiv dumanın bir həftəyə yaxın Fransa üzərinə çöküb və nəticədə, insanlarda qalxanabənzər vəzinin xərçənginə səbəb olub. Fransanın Apelasiya Məhkəməsi, qəzanın nəticələri ilə xəstəliyə yoluxma arasında birbaşa əlaqəni aşkar etmədiyindən, uzunsürəli məhkəmə işinə xitam verib. Dövlət ittihamçısı 10 il ərzində məhkəmə işi zamanı məsələyə tam təfərrüatı ilə baxıldığını desə də, iddiaçı tərəfin vəkili, hakimin qərarını pisləyərək “Fransuz xalqı məhkəmə prosesinin necə aparıldığını görsə yaman məyus olar” deyə appelasiyanın qərarını şərh edib.

Qeyd edək ki, məhkəmdə cavabdeh olaraq keçmiş dövlət rəsmisi Pyer Pelren çıxış edib. Qəza ilində Fransanın Şüalanmadan Mühafizə Mərkəzi Xidmətinin sədri olmuş Pelren, ölkənin səmasını “Çernobıl buludu” qapadığı zamanı Fransa vətəndaşlarını radioaktiv dumanın heç bir zərərinin olmadığına inandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar