Cəlilabad rayonundakı taxıl zəmilərində yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, yanğın rayonun Sabirabad kəndində təxminən yarım saat öncə başlayıb. Zərərçəkmişlərin ANSPRESS-ə verdikləri məlumata görə, Yanğınla mübarizəyə iki yanğınsöndürən maşın cəlb edilsə də, hələlik alovun qarşısını almaq mümkün olmayıb.
Sahə sahiblərinin sözlərinə görə, hələlik sahələrə yaxın düşmək mümkün olmadığından yanğının nədən başladığını demək çətindir. Ancaq zərərçəkmişlər zəmilərin yaxınlığından yüksək gərginlikli elektrik xətlərinin keçdiyini, bunun da yanğına səbəb ola biləcəyini istisna etməyiblər.
Xatırladaq ki, bu son bir həftədə baş verən 4-cü anoloji hadisədir. Belə ki, Masallı və Siyəzən rayonlarında baş vermiş yanğınlar nəticəsində 55 hektar taxıl sahəsi külə dönüb.
Kəmalə Məmmədova/ANS PRESS/