Cəlilabadda orta məktəbdə dəhşətli qətl törədilib
05 Aprel 2011 Çərşənbə Axşamı 14:33
8-ci sinif şagirdi 10-cu sinif şagirdini öldürüb
Azərbaycanın Cəlilabad şəhərində qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saat 11.30 radələrində rayonun 7 saylı orta məktəbində qeydə alınıb.

Rayonun Şatırlı kənd sakini 15 yaşlı 8-ci sinif şagirdi H. S. (ad şərtidir) aralarında yaranan şəxsi münasibətlər zəminində Azərbaycan küçəsi döngə 2, ev 9-da yaşayan 16 yaşlı Cavanşir Həsən oğlu Həsənlini bıçaqlayıb. Qaraciyər nayihəsindən bir bıçaq zərbəsi alan yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə yerinə rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları gedərək, ilkin araşdırmalara başlayıblar. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar