Hadisə

Cəlilabadda ev yanıb

Hadisə nəticəsində xəsarət alan olmayıb

· Xəbərçi
Cəlilabadda ev yanıb
Azərbaycanın Cəlilabad rayonunda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə ötən gün rayonun Göytəpə şəhərində ümumi sahəsi 120 kvadrat metrlik birmərtəbəli, dördotaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib və onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, evin yanar konstruksiyaları 88 kvadrat metr sahədə yanaraq yarasız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər