Cəlilabadda 21 yaşlı gənc özünü asıb
27 İyul 2009 Bazar Ertəsi 11:40
Dörd ay əvvəl hərbi xidmətdən qayıdan Röyal Cəfərovun intiharının səbəbləri bilinmir

 

Cəlilabad rayonunda 21 yaşlı gənc intihar edib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, intihar hadisəsi ötən gün rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Belə ki, 21 yaşlı Röyal Yaşar oğlu Cəfərov özünü tövlədən kəndirlə asaraq intihar edib.
Valideynləri bildiriblər ki, Röyal hərbi xidmətdən 4 ay əvvəl qayıdıb.

Ötən gecə evə gəlməyən Röyalın meyidini ailə üzvləri səhər tapılar. Ailədə və kənddə onun heç kimlə münaqişəsi olmayıb.

Artıq meyit tibii ekspertizadan keçirilib. İlkin məlumata görə, onun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı cinayət işi açılıb. İntiharın səbəbləri araşdırılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar