Cəlilabadda 12 yaşlı qız intihar edib
02 Yanvar 2010 Şənbə 15:00
Ocaqlı kəndinin sakini Zülfiyyə Sadıqova yaşadığı evin yardımçı tikilisində özünü asıb
Cəlilabad rayonunun Ocaqlı kəndində 12 yaşlı qız intihar edib. Məlumatı ANS PRESS-ə kənd sakinləri veriblər. Onların sözlərinə görə, ötən gün intihardan dərhal sonra polis əməkdaşları meyiti rayon mərkəzinə aparıblar. İntihar etmiş qızın meyiti axşam ailəsinə təhvil verilib və dəfn mərasimi gecə saatlarında olub.
Respublika Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbəri təsdiqləyib. Onun ANS PRESS-ə verdiyi məlumata görə, Cəlilabad rayonunun Ocaqlı kəndinin sakini, 12 yaşlı Sadıqova Zülfiyyə Mirzəxan qızı özünü yaşadığı evin yardımçı tikilisində asıb. Yeniyetmənin rehi xəstə olduğu və şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: